Moskvada həmvətəninin avtomobilinə atəş açan azərbaycanlı saxlanılıb

Moskvada həmvətəninin avtomobilinə atəş açan azərbaycanlı saxlanılıb İnsident Moskva Dairəvi Yolunun Şimali Butovo bölgəsindəki hissəsində baş verib
Hadisə
19 Aprel , 2017 12:49
Moskvada həmvətəninin avtomobilinə atəş açan azərbaycanlı saxlanılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Moskvada polis əməkdaşları Moskva Dairəvi Yolunun Şimali Butovo bölgəsindəki hissəsində travmatik tapançadan başqasının avtomobilinə atəş açmaqda şübhəli bilinən sürücünü saxlayıb.

"Report" "Moskva" agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə özünü hadisə şahidi kimi qələmə verən şəxsin polisə müraciət etdiyini və MDY-nin 35-ci km-də "Audi A8" markalı avtomobildə olan şəxsin "Toyota Camry" avtomobilinə bir neçə dəfə tapançadan atəş açdığını, sonra isə maşını sürüb qaçdığını bildirib.

Polisin həyata keçirdiyi əməliyyat nəticəsində 35 yaşlı azərbaycanlı saxlanılıb. Tezliklə 47 yaşlı azərbaycanlı polisə müraciət edərək bu hadisədə zərərçəkən olduğunu bildirib.

Hadisə ilə bağlı polis araşdırma aparır, şübhəli şəxs saxlanılıb

Son xəbərlər

Orphus sistemi