Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb Qaçan azərbaycanlının 26 yaşı olub
Hadisə
20 Sentyabr , 2017 07:45
Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Moskvanın Naqatinksi rayon məhkəməsinin zalından müttəhim qaçıb.

"Report" xəbər verir ki, insident sentyabrın 16-da baş versə də, bu barədə ötən gün məlum olub.

Qəsdən sağlamlığa orta dərəcəli xəsarət yetirməkdə ittiham olunan 26 yaşlı azərbaycanlı, hakim onun barəsində yaşadığı yerdən kərana çıxmama haqqında iltizamnaməni həbs qətimkan tədbirinə dəyişməsi qərarını elan etdikdən dərhal sonra birinci mərtəbəyə düşüb və turniketdən keçərək oradan qaçıb.

"Cinayət Prosessual Məcəlləsinin tələbinə zidd olaraq müstəntiq müttəhimi konvoyla təmin etməyib, təqsirləndirilən şəxsin həbsxana mərkəzinə çatdırılması üçün polis əməkdaşlarının olmaması barədə məhkəmə sədri və məhkəmə icraçılarını məlumatlandırmayıb", - deyə Naqatinsk məhkəməsinin mətbuat katibi Viktoriya Belova "İnterfax"a bildirib.

Nəticədə prokurorluq Moskvoreçye-Saburovo rayonu üzrə polis bölməsinin müstəntiqinə qarşı yoxlamalara başlayıb.

Son xəbərlər

Orphus sistemi