​Moskvada azərbaycanlı iş adamına məxsus ticarət mərkəzi sökülür

​Moskvada azərbaycanlı iş adamına məxsus ticarət mərkəzi sökülür Metro yaxınlığında yerləşən "Piramida" fevralın 24-də söküləcək
Hadisə
16 Fevral , 2016 04:54
​Moskvada azərbaycanlı iş adamına məxsus ticarət mərkəzi sökülür

Bakı. 16 fevral. REPORT.AZ/ Moskvanın "Puşkinskaya" metrostansiyasının çıxışı yaxınlığında yerləşən "Piramida" ticarət mərkəzi fevralın 24-də söküləcək.

"Report" xəbər verir ki, bu barədə paytaxtın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuka istinadən TASS məlumat yayıb.

Məlumata görə, tikilinin yerində ictimai məkan yaradılacaq.

Ümumi sahəsi 1500 kv. metr olan ticarət mərkəzinin 1000 kv. metrinin sahibi Azərbaycan vətəndaşı Ramin Sultanovdur.

Ticarət mərkəzində fəaliyyət göstərən mağazalar ötən gündən etibarən bağlanmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi