Moskvada Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı cinayət işi qaldırılıb

Moskvada Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı cinayət işi qaldırılıb Azərbaycan vətəndaşı hadisə zamanı bir neçə güllə yarası alıb
Hadisə
18 Sentyabr , 2017 23:59
Moskvada Azərbaycan vətəndaşının öldürülməsi ilə bağlı cinayət işi qaldırılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Moskvanın cənub-qərbində Azərbaycan vətəndaşının güllələnərək öldürülməsi faktı ilə əlaqədar cinayət işi qaldırılıb.

"Report" xəbər verir ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri üzrə (Qətl) açılıb.

Azərbaycan vətəndaşı hadisə zamanı bir neçə güllə yarası alıb. Güllələrdən biri onun başına dəyib.

Qətl Xarkov keçidində yerləşən yaşayış evlərinin yaxınlığında törədilib. Məlumata görə, cinayət sifariş xarakterli olub.

Hazırda istintaq cinayətdə əli olan şəxs və ya şəxslərin kimliyini müəyyən edir.

Son xəbərlər

Orphus sistemi