​Moskvada azərbaycanlılarla polis arasında silahlı insident baş verib

​Moskvada azərbaycanlılarla polis arasında silahlı insident baş verib Nəticədə üç Azərbaycan vətəndaşı saxlanılıb
Hadisə
11 Yanvar , 2015 13:58
​Moskvada azərbaycanlılarla polis arasında silahlı insident baş verib

Bakı. 11 yanvar. REPORT.AZ/ Moskva vilayətinin Lobnya şəhərində üç Azərbaycan vətəndaşı ilə polis arasında silahlı insident qeydə alınıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, yanvarın 10-da polisə Bukinskoe şossesi, ev 2/1-də yerləşən mağazaya beş maskalı şəxsin basqın etməsi barədə məlumat daxil olub. Məlumatda naməlum şəxslərin bıçaq və ehtimala görə tapança ilə satıcı qadına hədə-qorxu gələrək onun qızıl boyunbağını və içərisində 70 min rubl olan kassa aparatını götürdükləri və "Mitsubishi" markalı avtomobil ilə hadisə yerindən qaçmaq istədikləri bildirilib.

Hadisə yerinə gələn polis əməkdaşları onlara doğru beş maskalı şəxsin qaçdığını görüb. Onlardan biri polisə tapança tuşlayıb. Polis xəbərdarlıq məqsədi ilə havaya iki dəfə atəş açıb. Nəticədə üç Azərbaycan vətəndaşı saxlanılıb.

Hazırda "Quldurluq" maddəsi ilə cinayət işi qaldırılıb. Soyğunçuluqda iştirak edən digər şəxslərin ələ keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi