"Mobitel" şirkəti cərimələnib

"Mobitel" şirkəti cərimələnib Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası İntel Ko MMC (Mobitel) barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Hadisə
27 Sentyabr , 2019 15:58
Mobitel şirkəti cərimələnib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "İntel Ko" MMC ("Mobitel") barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report”un xəbərinə görə, Səbail Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 4500 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 13230 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 2 646 ABŞ dolları (təxminən, 4500 manat) məbləğində cərimə olunub.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "İntel Ko" MMC ("Mobitel") mobil telefon satışını həyata keçirən diler şəbəkəsidir. “Mobitel” şirkəti "Nokia", "Fly" və "UleFone" brendlərinin eksklüziv distributorudur.

Son xəbərlər

Orphus sistemi