MN-in sabiq idarə rəisi: “Səfər Əbiyev dedi ki, mən özüm obyektlərin gec tikilməsi ilə bağlı Mehman Səlimovla danışacam”

MN-in sabiq idarə rəisi: “Səfər Əbiyev dedi ki, mən özüm obyektlərin gec tikilməsi ilə bağlı Mehman Səlimovla danışacam” Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib
Hadisə
6 Noyabr , 2015 12:43
MN-in sabiq idarə rəisi: “Səfər Əbiyev dedi ki, mən özüm obyektlərin gec tikilməsi ilə bağlı Mehman Səlimovla danışacam”

Bakı. 6 noyabr. REPORT.AZ/Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə 2000-2009-cu ildə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində çalışmış Mehman Hacıəliyev şahid qismində ifadə verib. “Mən işlədiyim dövrdə Mehman müəllimin MMC-si ilə 6 müqavilə imzaladıq. Tikilən obyektlər gec də olsa təhvil verilib. Ona yazılı və şifahi şəkildə xəbərdarlıq edilib. Bununla bağlı Səfər Əbiyevə məlumat vermişdim. Nazir də dedi ki, mən özüm Mehmanla danışacam”, - M.Hacıəliyev ifadəsində bildirib.

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi