Şəmkirdə 65 yaşlı kişini avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Şəmkirdə 65 yaşlı kişini avtomobil vuraraq öldürüb - YENİLƏNİB Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
10 Avqust , 2019 09:41
Şəmkirdə 65 yaşlı kişini avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Həyat kənd ərazisində qeydə alınıb. Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Məzahir oğlu Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, Şəmkir rayon Yeni Həyat kənd sakini, 1954-cu il təvəllüdlü Hüseyn İsaq oğlu Məmmədovu vurub. 

Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


*** 08:21

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər veririr ki, yolu qarşı tərəfə keçmək istəyən, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişini avtomobil vurub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi