Miqrasiya Xidmətinin əməkdaşları son üç gündə 83 əcnəbini saxlayıb

Miqrasiya Xidmətinin əməkdaşları son üç gündə 83 əcnəbini saxlayıb Bakı. 13 sentyabr. REPORT.AZ/ Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı, ümumilikdə, 83 nəfər əcnəbi saxlanılıb.
Hadisə
13 Sentyabr , 2018 16:56
Miqrasiya Xidmətinin əməkdaşları son üç gündə 83 əcnəbini saxlayıb
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı, ümumilikdə, 83 nəfər əcnəbi saxlanılıb.

DMX-dən "Report"a verilən məlumata görə, saxlanılan şəxslərdən 11-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 6-sının gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, 1-nin əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq girişinə məhdudiyyət qoyulduğu, lakin əcnəbinin bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduğu, digər 65 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 65-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirir. 

Son xəbərlər

Orphus sistemi