Minskdə Azərbaycan vətəndaşının mühakiməsi başlayıb

Minskdə Azərbaycan vətəndaşının mühakiməsi başlayıb Minsk şəhərinin Zavodski rayon məhkəməsində Aleksey Krivoşeyin qətlə yetirilməsi ilə bağlı iş üzrə proses başlayıb, cinayətin törədilməsində Bakıdan olan tələbə Rüstəm Rəhimov ittiham olunur.
Hadisə
14 İyun , 2019 10:16
Minskdə Azərbaycan vətəndaşının mühakiməsi başlayıb

Minsk şəhərinin Zavodski rayon məhkəməsində Aleksey Krivoşeyin qətlə yetirilməsi ilə bağlı iş üzrə proses başlayıb, cinayətin törədilməsində Bakıdan olan tələbə Rüstəm Rəhimov ittiham olunur.

Bu barədə "Report" "TUT.by" portalına istinadən xəbər verir.

Məlumata görə, gənclər arasında qız üstündə uzun müddət davam edən münaqişə olub. R.Rəhimov 2018-ci ilin noyabr ayında "Minqaz"da çilingər işləyən A.Krivoşeyi söhbətə çağırıb. Yaranmış mübahisə zəminində A.Krivoşey bıçaq yarası alıb və sonradan kəskin qan itkisinə görə ölüb.

Azərbaycan vətəndaşı olan R.Rəhimov Bakıda anadan olub və 2018-ci ilin payızında Aviasiya Akademiyasının ikinci kursunda təhsil alıb.

O, indi 6 ildən 15 ilədək həbs cəzasına məhkum edilə bilər. Təqsirləndirilən şəxs ittihamları qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi