DİN: Mingəçevirdəki qətldə istifadə olunan “AKM” markalı silah və bıçaq evin yaxınlığında aşkarlanıb

DİN: Mingəçevirdəki qətldə istifadə olunan “AKM” markalı silah və bıçaq evin yaxınlığında aşkarlanıb Qatil həyat yoldaşı və iki övladını amansızlıqla qətlə yetirib
Hadisə
10 İyun , 2017 11:50
DİN: Mingəçevirdəki qətldə istifadə olunan “AKM” markalı silah və bıçaq evin yaxınlığında aşkarlanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhərində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

"Report"un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 9-da Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Lazım Hüseynov Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) gələrək evində ailə münaqişəsi zəminində arvadı Aynurə Hüseynovanı odlu silahdan açdığı atəşlə, oğlu 9 yaşlı Hüseyni və qızı 5 yaşlı Mədinəxanımı isə bıçaqla qətlə yetirdiyini bildirib və istintaqa təslim olub.

Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə baş verən evin yaxınlığından qətlin törədilməsində istifadə edilən “AKM” markalı silah və bıçaq aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi