Yuxarı

Mingəçevirdə zəncirvari yol qazası baş verib

Mingəçevirdə zəncirvari yol qazası baş verib

Mingəçevir. 31 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində - Polis şöbəsinin qarşısında qeydə alınıb.

Belə ki, axşam saatlarında “Nissan”, KİA və “VAZ-21011 “ markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, hadisə yerinə çağırılan təcili yardım xidməti yüngül xəsarət alanlara yerindəcə tibbi yardım göstərib. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi