Mingəçevirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Mingəçevirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
4 Yanvar , 2018 18:38
Mingəçevirdə yol qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Foto: Report.az

Mingəçevir. 4 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, bu, şəhər sakini, 2000-ci il təvəllüdlü Sərvan Qəhrəman oğlu Mustafazadədir.


*** 18:00

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Nissan X-Trail" markalı avtomobil yolu keçmək istəyən 25-30 yaşlarında gənci vurub. Avtomobil həmin şəxsi bir neçə metr sürüyüb və ağır bədən xəsarətləri alan gənc hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi