Mingəçevirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Mingəçevirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Sentyabr , 2017 13:05
Mingəçevirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Report

Mingəçevir. 29 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 4 nəfərin adı məlum olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alanlardan biri qadın olub və onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə zamanı 1982-ci il təvəllüdlü Cavid Əzim oğlu Kəlbiyev, 1991-ci il təvəllüdlü Anar Məhəmməd oğlu Məmmədov, 1956-cı il təvəllüdlü İsmayıl Musa oğlu Musayev və 1989-cu il təvəllüdlü Güldanə Əbülfət qızı Əhmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanay yerləşdirilib. 


***12:48

Mingəçevir. 29 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsinin N.Nərimanov prospekti ilə kəsişməsində qeydə alınıb.

İki “Mesedes” markalı avtomobilin toqquşması 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi