Mingəçevirdə "Mercedes" və "VAZ-2107" toqquşub: xəsarət alanlar var

Mingəçevirdə "Mercedes" və "VAZ-2107" toqquşub: xəsarət alanlar var Hadisə zamanı 2 nəfər xəsarət alıb
Hadisə
17 Sentyabr , 2017 20:43
Mingəçevirdə Mercedes və VAZ-2107 toqquşub: xəsarət alanlar var

Mingəçevir. 17 sentyabr. REPORT.AZ/ Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində iki nəfər - 1970-ci il təvəllüdlü Allahverdiyev Ənvər Hüseyn oğlu və 1992-ci il təvəllüdlü Allahverdiyev Rövşən Ələsgər щъдг müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi