Mingəçevirdə yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Mingəçevirdə yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Yanvar , 2018 17:13
Mingəçevirdə yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
Report

Mingəçevir. 18 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində zəncirvari qəza zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin H.Əliyev prospektində "VAZ-2106", "VAZ-21099" və "Mercedes" markalı üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı "VAZ-21099" markalı avtomobildə olan sərnişin, Ağdam rayonundan olan məcburi köçkün, 1933-cü il təvəllüdlü Qəmbər Firudin oğlu Məmmədov hadisə yerində ölüb. Qəza nəticəsində 3 nəfər ağır bədən xəsarətləri alıb. 

***16:43

Mingəçevir. 17 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası baş verib. 

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Eyni zamanda “VAZ-2106" markalı avtomobil deformasiyaya uğrayıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi