Mingəçevirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb

Mingəçevirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb Mingəçevir. 23 İyul. REPORT.AZ/ Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 İyul , 2018 22:25
Mingəçevirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb

Mingəçevir. 23 İyul. REPORT.AZ/ Mingəçevirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

Belə ki, “VAZ 21012” markalı maşın “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü - 1977-ci il təvəllüdlü Həşimov Nurəddin Şahməddin oğlu və 1971-ci il təvəllüdlü Baxşəliyev Nəriman Salih oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi