Mingəçevirdə yataqxanada baş vermiş yanğın söndürülüb, 10 nəfər xəstəxanaya yerləşdirilib - FOTO - YENİLƏNİB

Mingəçevirdə yataqxanada baş vermiş yanğın söndürülüb, 10 nəfər xəstəxanaya yerləşdirilib - FOTO - YENİLƏNİB Tüstüdən zəhərlənənlər arasında 3 uşaq var
Hadisə
4 Yanvar , 2018 04:50
Mingəçevirdə yataqxanada baş vermiş yanğın söndürülüb, 10 nəfər xəstəxanaya yerləşdirilib - FOTO - YENİLƏNİB
@Report

Mingəçevir. 4 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında baş vermiş yanğın söndürülüb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı yataqxananın tüstüdən boğularaq zəhərlənmiş 10 sakini xəstəxanaya yerləşdirilib.

Onlardan 3-ü azyaşlı uşaqdır. Zərərçəkmişlərin vəziyyəti kafidir.

Təxliyyə zamanı digər bir qrup zərərçəkmişə yerindəcə tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.


***02:39

Mingəçevir. 4 yanvar. REPORT.AZ/ Gecə saatlarında Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında yanğın baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqdaları və təcili yardım xidməti əməkdaşları cəlb olunub.

Yataqxana sakinlərinin əksəriyyəti təxliyyə olunub. Onların arasında tüstüdən boğulanlar var. Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi