Mingəçevirdə yaşayış binasında yanğın olub, 4 qadın zəhərlənib

Mingəçevirdə yaşayış binasında yanğın olub, 4 qadın zəhərlənib Mingəçevir. 28 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın olub.
Hadisə
28 İyun , 2018 17:24
Mingəçevirdə yaşayış binasında yanğın olub, 4 qadın zəhərlənib
Report
0 : 00
0 : 00

Mingəçevir. 28 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, yanğın Heydər Əliyev prospekti, 88 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir Şəhər Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Binanın sakinləri təxliyyə edilib.

 Alov söndürülüb və tüstüdən zəhərlənən 4 qadına tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi