Yuxarı

Mingəçevirdə yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub - FOTO - YENİLƏNİB-2

Mingəçevirdə yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub - FOTO - YENİLƏNİB-2
© Report

Mingəçevir. 26 mart. REPORT.AZ/ Mingəçevir şəhərindəki yaşayış binasında baş verən yanğının təfərrüatı məlum olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, yanğın zamanı xəsarət alanların sayı 7-ə çatıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 3 nəfərə isə hadisə yerində Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. 

Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsindən - Yaşar Həsənova məxsus mənzildən başlayıb. Mənzilin eyvanından başlayan yanğın tədricən qonşu mənzilə keçib. Yanğın zamanı Y.Həsənovun evində qonağ olan qohumu, 1993-cü il təvəllüdlü Qara Rafiq oğlu Məmmədovun sonradan halı pisləşib və tüstüdən zəhərləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


***14:16

Mingəçevir. 26 mart. REPORT.AZ/ Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb. 

"Report"un Şirvanm bürosu xəbər verir ki, yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə ediliblər. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri - 1982-ci il təvəllüdlü Tünzalə Haqverdi qızı Seyidova, 1965-ci il təvəllüdlü Nüşabə Zeynəddin qızı Məmmədova, 1967-ci il təvəllüdlü Məsimə Abuzər qızı Qasımovanın vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. 

Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir. 

Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***13:51

Mingəçevir. 26 mart. REPORT.AZ/ Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən "Texniki Rezin" ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanada baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər edilib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi