Mingəçevirdə sürücü avtomobili maneələrə çırpıb və ciddi xəsarət alıb

Mingəçevirdə sürücü avtomobili maneələrə çırpıb və ciddi xəsarət alıb Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır
Hadisə
21 İyul , 2017 19:26
Mingəçevirdə sürücü avtomobili maneələrə çırpıb və ciddi xəsarət alıb

Mingəçevir. 21 iyul. REPORT.AZ/ Mingəçevirdə idaretməni itirən sürücü avtomobili yoldan çıxararaq manelərə çırpıb və ciddi xəsarət alıb.

”Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki,1981-ci il təvəllüdlü Mingəçevir sakini Mustafayev Sahib Vaqif oğlu "Mercedes" markalı avtomobili ilə Samux küçəsində hərəkət edərkən idarəetməni itirib və qarşısına çıxan maneələrə çırpılaraq yoldan çıxıb. 

"Mercedes"  bağlar küçəsinə istiqamətlənərək yol nişanlarını aşırıb, həyət evinin hasarına çırpılıb və nəhayət, işıq dirəyinə dəyərək dayanıb. Avtomobil tamamilə yarasız hala düşüb, sürücü isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Ona alnının sağ hissəsinin kəsilmiş yarası və digər bədən yaraları diaqnozu ilə tibbi yardım göstərilib. Hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti kafi olaraq dəyərləndirilir.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi