Mingəçevirdə sərnişin avtobusunda tüstülənmə baş verib: xəsarət alan var

Mingəçevirdə sərnişin avtobusunda tüstülənmə baş verib: xəsarət alan var Hadisə zamanı 1 nəfər xəsarət alıb
Hadisə
17 Sentyabr , 2017 21:07
Mingəçevirdə sərnişin avtobusunda tüstülənmə baş verib: xəsarət alan var
Foto: Report.az

Mingəçevir. 17 Sentyabr. REPORT.AZ/ Mingəçevirdə özünü avtobusdan atan sərnişin xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, Avtovağzal istiqamətində hərəkətdə olan 8 saylı sərnişin avtobusunun mühərrik hissəsində tüstülənmə baş verib. Bu zaman sərnişinlərdən biri - 1969-cu il təvəllüdlü şəhər sakini Qəhrəmanova Əzizə Ziyad qızı vahiməyə düşərək özünü avtobusun qapısından yerə atıb. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Digər sərnişinlər arasında xəsarət alan yoxdur.

Son xəbərlər

Orphus sistemi