Mingəçevirdə sərnişin avtobusu yaşlı kişini vurub

Mingəçevirdə sərnişin avtobusu yaşlı kişini vurub Qəza şəhərin Gəncə şossesində qeydə alınıb
Hadisə
27 Avqust , 2017 20:30
Mingəçevirdə sərnişin avtobusu yaşlı kişini vurub
Report.az

Mingəçevir. 27 avqust. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevirin Gəncə şossesində qeydə alınıb.

Mingəçevirdən Yevlaxın Aran qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes” markalı sərnişin mikroavtobusu yolu keçmək istəyən 1956-cı il təvəllüdlü şəhər sakini Kərimov İdris Nəbi oğlunu vuraraq ağır xəsarət yetirib. Hadisəni törədən sürücü dərhal yaralını şəhər xəstəxanasına çatdırıb. Müayinə zamanı İ.Kərimovun alın nahiyəsində müxtəlif dərəcəli xəsarətlər aşkar olunub.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi