Mingəçevirdə sel sularının vurduğu fəsadlar aradan qaldırılır

Mingəçevirdə sel sularının vurduğu fəsadlar aradan qaldırılır Mingəçevirdə sel sularının vurduğu fəsadlar aradan qaldırılır.
Hadisə
7 Aprel , 2023 11:55
Mingəçevirdə sel sularının vurduğu fəsadlar aradan qaldırılır

Mingəçevirdə sel sularının vurduğu fəsadlar aradan qaldırılır.

"Report"un Qarabağ Bürosunun məlumatına görə, dəyən ziyanın hesablanması və görüləcək işlər barədə Mingəçevir şəhərinin fövqəladə hallar komissiyasının iclası keçirilib.

Baş verən hadisə ilə bağlı komissiyanın üzvləri və aidiyyəti qurumların rəhbərlərinə təcili tapşırıqlar verilib.

Eyni zamanda hər cür təbiət hadisəsinə hazır olmağın zəruriliyi vurğulanıb.

Qeyd edək ki, axşam saatlarında Mingəçevirə aramsız yağan yağış təxminən iki saata yaxın davam edib. Boz dağdan gələn selin ötürülməsi üçün olan kanalların dolması səbəbilə sel suları şəhər mərkəzinə axıb. Bu səbəbdən də şəhərin bir neçə küçəsində və mərkəzi prospektində ciddi problemlər yaranıb.

Belə ki, güclü yağış şəhərin Heydər Əliyev prospektində, İ.İslamzadə küçəsində yolları keçilməz edib. Şəhərdə 10-dan artıq binaların zirzəmisinə və fərdi evlərə yağış suyu dolub.

Həmçinin Təbriz küçəsində yol çöküb və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrində həyətləri su basıb. Bununla yanaşı avtomobillər suda və torpaq hissədə çuxura düşərək batıb.

Qəza səbəbilə şəhərin əksər hissəsinə elektrik enerjisi verilişində uzun müddətli fasilə yaranıb.

Hazırda fəsadlar aradan qaldırılır.

Son xəbərlər

Orphus sistemi