Mingəçevirdə reyd keçirilib

Mingəçevirdə reyd keçirilib Reydlər növbəti aylarda da davam etdiriləcək
Hadisə
17 Aprel , 2021 13:49
Mingəçevirdə reyd keçirilib

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə keçirilib.

"Report"un məlumatına görə, yoxlamalar zamanı atmosferə normadan artıq dəm qazı buraxan 18 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Belə ki, müxtəlif markalı avtomobillər polis əməkdaşları tərəfində saxlanılıb. Sürücülərə izah olunub ki, reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsindən ibarətdir. “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb, onların mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Atmosferə normadan artıq dəm qazı buraxan 18 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Qeyd edək ki, reydlər növbəti aylarda da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi