Yuxarı

​Mingəçevirdə qızıl əşyaları və dollar oğurlayan şəxs yaxalanıb

E.Məmmədov mənzilin qapısını kustar üsulla hazırladığı açarla açıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Mingəçevir polisi mənzildən oğurluq edən şəxsi yaxalayıb.

"Report"un məlumatına görə, hadisə şəhərin Abdullayev küçəsində yerləşən 4 saylı binada qeydə alınıb.

Sözügedən binanın mənzil 11 ünvanında yaşayan Nazim Məmmədov evindən ona məxsus qızıl zinət əşyaları və 1200 ABŞ dollarının oğurlanması ilə bağlı polisə müraciət edib. Aparılan zəruri istintaq-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs, 24 yaşlı şəhər sakini Elşən Məmmədov isti izlərlə saxlanılıb. Cinayət hadisəsini törədən şəxsin yaşadığı mənzildən oğurlanan pul və qızıl əşyaları aşkarlanıb.

İlkin istintaqda Elşən törətdiyi cinayət əməlini etiraf edib. İstintaq zamanı o da məlum olub ki, E.Məmmədov mənzilin qapısını kustar üsulla hazırladığı açarla açıb. Hazırda Mingəçevir polisi tutulan şəxsin digər cinayətlərdə əlinin olub-olmadığını araşdırır.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi