Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon Hürüuşağı kəndi ərazisindən keçən hissəsində 2 minik avtomobilinin toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu dünyasını dəyişib.
Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı "VAZ-2107" markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı "Hyundai" markalı avtomobillə toqquşub.
"VAZ-2107" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin təfərrüatı araşdırılır.