Mingəçevirdə qanunsuz ağac kəsmə faktı ilə bağlı cinayət işi başlanıb
Hadisə
- 19 oktyabr, 2023
- 07:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində qanunsuz ağac kəsilməsi faktı üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Şəhər prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırma zamanı məscidin həyətində 60 ədəd müxtəlif cinsli ağac, 9 ədəd fındıq kolunun kökündən çıxarılaraq məhv edilməsi nəticəsində təbiətə 16 min manatdan artıq ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
Son xəbərlər
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr