Mingəçevirdə polis idarəsi qarşısında yol qəzası baş verib

Mingəçevirdə polis idarəsi qarşısında yol qəzası baş verib Hadisə zamanı iki minik maşını toqquşub
Hadisə
12 May , 2017 01:25
Mingəçevirdə polis idarəsi qarşısında yol qəzası baş verib
Report.az

Mingəçevir. 12 may. REPORT.AZ/ Gecə saatlarında Mingəçevir şəhər Polis şöbəsinin binası qarşısında yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, qəza nəqliyyatın az hərəkətdə olduğu bir vaxtda “VAZ-2109" markalı minik avtomobili ilə “VAZ-2107"nin toqquşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, avtomobillərə ziyan dəysə də, sürücü və sərnişinlərdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi