Mingəçevirdə piyadanı maşın vurub

Mingəçevirdə piyadanı maşın vurub Hadisə Xaldan şossesində baş verib
Hadisə
25 İyun , 2018 22:26
Mingəçevirdə piyadanı maşın vurub

Mingəçevir. 25 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1969-cu il təvəllüdlü Ağdam rayon sakini Rəhimov Kamil Kamal oğlu Xaldan şossesində, köçkün şəhərciyinin qarşısında yolu keçmək istəyən zaman onu “VAZ-21015” markalı maşın vurub.

Xəstəxanaya çatdırılan yaralının müayinədən sonra yüngül xəsarət aldığı məlum olub. Tibbi yardım alan piyadanın vəziyyəti sabitləşib və daha sonra ambulotor müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi