Mingəçevirdə naməlum kişi meyiti tapılıb - YENİLƏNİB

Mingəçevirdə naməlum kişi meyiti tapılıb - YENİLƏNİB Yaxınları meyiti götürməkdən imtina ediblər
Hadisə
12 Dekabr , 2017 09:48
Mingəçevirdə naməlum kişi meyiti tapılıb - YENİLƏNİB

Mingəçevir. 12 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində tapılan naməlum kişi meyitinin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, bu, şəhər sakini Tahir Əliyevdir. 

Məlumata görə, T.Əliyev tüfeyli həyat tərzi yaşayıb, əyyaşlıq və avaralıqla məşğul olduğundan küçələrdə gecələyib. Onun meyiti müayinə olunduqdan sonra yaxınlarına verilsə də, hələlik yaxınları meyiti götürməkdən imtina ediblər. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsində saxlanılır. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***9:37

Mingəçevir. 12 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində naməlum kişi meyitib tapılıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, meyit şəhərin 20 yanvar küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsində yerləşən yaşıllıq zolağında aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib. 

Ölənin şəxsiyyətyi və ölüm səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi