Mingəçevirdə mühafizə polisinin avtomobili qəzaya düşüb, xəsarət alan var

Mingəçevirdə mühafizə polisinin avtomobili qəzaya düşüb, xəsarət alan var Hadisə zamanı Nəcəf Abdullayev xəsarət alıb
Hadisə
22 Noyabr , 2017 22:20
Mingəçevirdə mühafizə polisinin avtomobili qəzaya düşüb, xəsarət alan var

Mingəçevir. 22 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində sükan arxasında səhhəti pisləşən sürücü qəza törədib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev "VAZ-2108" markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi