Mingəçevirdə minik avtomobili yol qəzası nəticəsində yanıb

Mingəçevirdə minik avtomobili yol qəzası nəticəsində yanıb Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
17 Yanvar , 2015 22:16
Mingəçevirdə minik avtomobili yol qəzası nəticəsində yanıb

BAKI. 17 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili ilə digər vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə “VAZ” markalı avtomobilin mühərriki və salonu yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi