Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır
Hadisə
20 Avqust , 2017 00:13
Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var
Report.az

Mingəçevir. 20 avqust.REPORT.AZ/ Mingəçevirdə sərnişin mikro avtobusu qəzaya düşüb. ”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Avtovağzalın yaxınlığında baş verib. 

Belə ki, “Vaz2107” markalı avtomobil həmin an xəttə olmayan, Mingəçevir-Bakı marşurutu ilə sərnişin daşıyan “Ford” markalı mikroavtobusla toqquşub.

Nəticədə “VAZ 2107”-nin sürücüsü - 1997-ci il təvəllüdlü şəhər sakini Əliyev Aydın Namiq oğlu xəsarət alıb. Yaralı hadisə yerinə gəlmiş təcili yardım maşını ilə şəhər xəstəxanasına aparılıb.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi