Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var

Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var Mingəçevir. 4 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub.
Hadisə
4 Aprel , 2018 15:42
Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var

Mingəçevir. 4 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 11 saylı tam orta məktəbində qeydə alınıb. 

Belə ki, həmin məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi dava zamanı 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi