Mingəçevirdə məktəbli sinif yoldaşları tərəfindən döyülərək ağır xəsarət alıb

Mingəçevirdə məktəbli sinif yoldaşları tərəfindən döyülərək ağır xəsarət alıb Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
6 Oktyabr , 2017 22:36
Mingəçevirdə məktəbli sinif yoldaşları tərəfindən döyülərək ağır xəsarət alıb

Mingəçevir. 6 oktyabr. REPORT.AZ/ Mingəçevirdə orta məktəb şagirdi sinif yoldaşları tərəfindən döyülüb.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə 13 saylı orta məktəbdə baş verib.

Belə ki, 10-a yaxın məktəbli sinif yoldaşları Murad Musayevi döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Baş, boğaz, qarın və qol nayihələrindən ağır xəsarətlər alan yaralı təcili xəstəxanaya çatdırılıb. Hazırda M. Musayevin müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi