Mingəçevirdə məcburi köçkün dərmandan zəhərlənib

Mingəçevirdə məcburi köçkün dərmandan zəhərlənib Hadisənin təsadüfən yaxud qəsdən baş verib-vermədiyi məlum deyil
Hadisə
8 Dekabr , 2017 21:59
Mingəçevirdə məcburi köçkün dərmandan zəhərlənib

Mingəçevir. 8 dekabr. REPORT.AZ/ Mingəçevirdə qadın dərmandan zəhərlənib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Su anbarı yaxınlığında yerləşən və məcburi köçkünlərin məskunlaşdığı köhnə turist bazası yaxınlığında qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ağdam rayon sakini Şəlalə Qara qızı Muradova normadan artıq dərman preparatları qəbul etdikdən sonra onun zəhərləndiyi məlum olub. Ş.Muradova xəstəxanaya çatdırılıb.

Hadisənin təsadüfən yaxud qəsdən baş verib-vermədiyi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi