Mingəçevirdə marşrut avtobusu traktorla toqquşub, yaralananlar var

Mingəçevirdə marşrut avtobusu traktorla toqquşub, yaralananlar var Mingəçevir. 16 may. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası baş verib.
Hadisə
16 May , 2018 20:57
Mingəçevirdə marşrut avtobusu traktorla toqquşub, yaralananlar var

Mingəçevir. 16 may. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası baş verib. 

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb. 

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyeva və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi