Mingəçevirdə küçədə meyiti tapılan kişinin şəxsiyyəti və ölüm səbəbi məlum olub

Mingəçevirdə küçədə meyiti tapılan kişinin şəxsiyyəti və ölüm səbəbi məlum olub Kişi insult keçirdikdən sonra yerə yıxılıb və səkiyə dəyərək ölüb
Hadisə
27 Yanvar , 2018 21:14
Mingəçevirdə küçədə meyiti tapılan kişinin şəxsiyyəti və ölüm səbəbi məlum olub

Mingəçevir. 27 yanvar. REPORT.AZ/ Mingəçevirdə küçədə meyiti tapılan kişinin şəxsiyyəti müəyyən edilib.

“Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının qarşısında aşkar edilmiş meyit 1959-cu il təvəllüdlü şəhər sakini Üzeyir Rəhim oğlu Kərimova məxsusdur.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Ü.Kərimovun küçədə insult keçirdiyi, bundan sonra tarazlığı itirərək başı ilə səkiyə çırpıldığı və az sonra keçindiyi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi