Mingəçevir. 1 yanvar. REPORT.AZ/ Mingəçevirdə yolu keçmək istəyən piyadanı maşın vurub.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, yeraltı keçidin üzərindəki yolda baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü şəhər sakini Qadir Nadir oğlu Çıqqarov yolu keçmək istəyərkən onu avtomobil vuraraq hadisə yerindən qaçıb. Ağır və huşsuz vəziyyətdə olan yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı hazırda araşdırma aparılır.