Mingəçevirdə "Jiquli" yol kənarında duran maşına çırpılıb, 3 nəfər yaralanıb

Mingəçevirdə "Jiquli" yol kənarında duran maşına çırpılıb, 3 nəfər yaralanıb Yaralılardan ikisi hadisə yerindən qaçıb
Hadisə
24 Dekabr , 2017 19:56
Mingəçevirdə Jiquli yol kənarında duran maşına çırpılıb, 3 nəfər yaralanıb
Report

Mingəçevir. 24 dekabr. REPORT.AZ/ Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhərin Nizami küçəsi ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran “Mercedes”ə çırpılıb.

Nəticədə sürücü və yanındakı iki gənc sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yarası daha ciddi olan “VAZ”ın 1994-cü il təvəllüdlü sürücüsü, şəhər sakini Tural Oruc oğlu Qasımov xəstəxanaya çatdırılıb. Xəsarət almış digər iki sərnişin isə tibbi yardımdan imtina edərək, hələ ki, məlum olmayan səbəbdən dərhal hadisə yerindən uzaqlaşıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi