Mingəçevirdə işıqforun tələbinə məhəl qoymayan piyadanı şirkət maşını vurub

Mingəçevirdə işıqforun tələbinə məhəl qoymayan piyadanı şirkət maşını vurub Vurulan piyada içkili olub
Hadisə
12 Dekabr , 2017 21:44
Mingəçevirdə işıqforun tələbinə məhəl qoymayan piyadanı şirkət maşını vurub

Mingəçevir. 12 dekabr. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, poçt meydanı kimi tanınan ərazidə baş verib.

Markası hələ ki, bilinməyən şirkət avtomobili yolu keçmək istəyən, şəhər sakini, 1989-cu il təvəllüdlü Məhəmməd Xətalı oğlu Abdullayevi vurub.

Tüfeyli həyat sürməklə məşğul olan piyada, hadisə baş verən zaman da içkili vəziyyətdə olub və işıqforun avtomobillər üçün yanan yaşıl işığına məhəl qoymayaraq yolu keçmək istəyib. Bu zaman o, sözügedən avtomobilin qarşısına çıxıb. Piyada qəza zamanı xəsarət alıb və polis maşını ilə ilkin tibbi yardım göstərilməsi xəstəxanaya çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi