Mingəçevirdə iki nəfər bıçaqlanıb

Mingəçevirdə iki nəfər bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
5 May , 2018 10:44
Mingəçevirdə iki nəfər bıçaqlanıb

Mingəçevir. 5 may. REPORT.AZ/ Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Təbriz küçəsində, istirahət parkının qarşısındakı avtobus dayanacağında qeydə alınıb.

Məlumata görə, mübahisə zəmnində şəhərin iki sakini - 1992-ci il təvəllüdlü Müşfiq Qurban oğlu Əfəndiyev və 1985-ci il təvəllüdlü Nəcəf Elxan oğlu Hüseynov bıçaqlanaraq ağır xəsarət alıb.

Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi