Mingəçevir. 5 aprel. REPORT.AZ/ Axşam saatlarında Mingəçevir şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində, “Opel” və "Jeep" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində maşınlar ciddi deformasiyaya uğrasa da, avtomobildə olanlar yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

