Mingəçevirdə içkili sürücü qəza törədib, 6 nəfər yaralanıb - YENİLƏNİB - SİYAHI

Mingəçevirdə içkili sürücü qəza törədib, 6 nəfər yaralanıb - YENİLƏNİB - SİYAHI Hadisə şəhərin Gəncə şossesindəki yol dairəsində qeydə alınıb
Hadisə
25 Sentyabr , 2017 21:45
Mingəçevirdə içkili sürücü qəza törədib, 6 nəfər yaralanıb - YENİLƏNİB - SİYAHI

Mingəçevir. 25 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 6 nəfərin adı məlum olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisəni törədən sürücü içkili olub. 

Yaralılar:

Sürücü - 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev;

Sərnişinlər - 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev;

1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva;

2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə;

2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə;

2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə.

Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.


***21:12

Mingəçevir. 25 sentyabr. REPORT.AZ/ Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində, "Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb.

Qəza zamanı "VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb. Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi