Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel axınına səbəb olub.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, sel suları şəhərin bütün küçə və prospektlərində müşahidə edilib.
Şəhərin əsas mərkəzi prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb. Qısamüddətli yağışdan sonra şəhərin elektrik təchizatında da fasilə yaranıb.