Mingəçevirdə gənclər arasında baş vermiş dava zamanı iki nəfər bıçaqlanıb

Mingəçevirdə gənclər arasında baş vermiş dava zamanı iki nəfər bıçaqlanıb Hadisə zamanı 2 nəfər bıçaqlanıb
Hadisə
26 Avqust , 2017 20:34
Mingəçevirdə gənclər arasında baş vermiş dava zamanı iki nəfər bıçaqlanıb

Mingəçevir. 26 avqust. REPORT.AZ/ Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin "Energetik" adlı yaşayış massivində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Mingəçevir sakini Qəmbərli Elçin Gülbalı oğlu ilə 1989-cu il təvəllüdlü Məmmədov Zamiq Ədalət oğlu və Mehman Məmmədov arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı E. Qəmbərli Z. Məmmədovu və M. Məmmədovu bıçaqlayaraq ağır xəsarət yetirib. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi