Mingəçevirdə gənc qadın qəfildən ölüb - YENİLƏNİB

Mingəçevirdə gənc qadın qəfildən ölüb - YENİLƏNİB Mingəçevir. 7 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində ölən qadının kimliyi məlum olub. 
Hadisə
7 Fevral , 2018 09:50
Mingəçevirdə gənc qadın qəfildən ölüb - YENİLƏNİB

Mingəçevir. 7 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində ölən qadının kimliyi məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, şəhər sakini, 1992-ci il təvəllüdlü Nuranə Adil qızı Abbasovadır.  

Gənc qadının dəm qazından boğularaq öldüyü ehtimal edilir.


***9:28

Mingəçevir. 7 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində gənc qadın müəmmalı şəkildə ölüb.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin “Günəşli” yaşayış massivində baş verib. Hələlik adı məlum olmayan 26 yaşlı qadın kirayə yaşadığı evdə huşunu itirib. Qadının huşsuz vəziyyətdə yıxıldığını görən əri dərhal yola çıxıb və Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarından kömək istəyib. Gənc qadın YPX avtomobioli ilə xəstəxanaya çatdırlıb. İlkin müayinələr zamanı qadının öldüyü məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi