Yuxarı

Mingəçevirdə gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

Mingəçevirdə gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

Mingəçevir. 14 yanvar. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin N.Nərimanov küçəsində baş verib.

Belə ki, piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçmək istəyən 1993-cü il təvəllüdlü şəhər sakini Şəfiyev Əvəz Aydın oğlunu taksi xidməti göstərən “VAZ” markalı avtomobil vuraraq ağır xəsarət yetirib.Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi