Mingəçevirdə gənc oğlan boğazından xəsarətlə xəstəxanaya yerləşdirilib

Mingəçevirdə gənc oğlan boğazından xəsarətlə xəstəxanaya yerləşdirilib Mingəçevir. 11 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində bir nəfər bıçaq xəsarəti alıb.
Hadisə
11 İyul , 2018 02:47
Mingəçevirdə gənc oğlan boğazından xəsarətlə xəstəxanaya yerləşdirilib

Mingəçevir. 11 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində bir nəfər bıçaq xəsarəti alıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, gecə saatlarında 2 saylı orta məktəbin qarşısında boğaz nahiyəsindən kəsici alətlə xəsarət almış bir nəfər xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, bu, hadisənin baş verdiyi əraziyə yaxın yerləşən yataqxananın 1989-cu il təvəllüdlü sakini Şirəliyev Elvin Mirəli oğludur. Onun intihara cəhd etdiyi, yaxud kimsə tərəfindən vurulduğu, hələlik tam məlum deyil.

Lakin əldə edilən məlumata görə, yaralı yataqxana qonşusu ilə daimi münaqişə halında yaşayıb və həmin qonşu ondan qaldığı otağı boşaldaraq oradan çıxmasını tələb edib. Digər bir ehtimala görə isə, hadisə ailə münaqişəsi zəminində baş verib və intihara cəhd yönümlüdür.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi